This is a specific ad

Bundan sonra Almaniyaya gedən Gürcüstan vətəndaşları…

18

Another advertisement

Almaniya Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr siyahısına daxil edib.

Qafqaztürk.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Almaniyanın koalisiya hökuməti daxili işlər naziri Nensi Pfizerin təklif etdiyi qanun layihəsini təsdiqləyib və Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr siyahısına əlavə edib.

Sözügedən qərar nəticəsində Gürcüstan və Moldovadan olan sığınacaq axtaran şəxslərin Almaniyaya müraciətlərinə daha tez baxılacaq və rədd cavabı alanların deportasiyası daha sürətlə həyata keçiriləcək.

Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə və 2023-cü ilin birinci yarısında adıçəkilən ölkələrdən sığınacaq istəyənlərin müraciətlərinin 99,9 faizi rədd edilib. Ümumilikdə 2022-ci ildə 8865 Gürcüstan və 5218 Moldova vətəndaşı Almaniyadan sığınacaq istəyib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstan iqtisadiyyatının iyul ayı göstəricisi – STATİSTİKA
Öncəki yazı
Çin yeni rəsmi xəritələrdə Rusiyanın bir hissəsini öz ərazisi kimi göstərib