“Budapeştdə Avropa Siyasi İttifaqının Sammiti çərçivəsində baş nazir Robert Fitso ilə səmərəli görüşüm oldu”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze “X” sosial şəbəkəsində yazır.
Baş nazirin qeyd etdiyi kimi, görüş zamanı möhkəm dostluq əlaqələri vurğulanıb, hansının ki, əsasında uzun illərdir ki, Gürcüstan və Slovakiya arasında möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur.
“Biz möhkəm dostluq əlaqələrini vurğuladıq, hansının ki, əsasında illərdir Gürcüstan və Slovakiya arasında güclü tərəfdaşlıq mövcuddur. Mən Slovakiyaya Gürcüstanın xarici siyasət vəzifələrini, xüsusən də hökumətimizin əsas prioritetlərindən biri kimi Aİ-yə üzvlüklə bağlı arzularımızı qətiyyətlə dəstəklədiyinə görə minnətdarlığımı bildirdim”, – deyə məlumatda bildirilir.