This is a specific ad

Bu əyalətin qubernatoru süni intellektə qarşı çıxıb

263

Another advertisement

Kaliforniya qubernatoru, demokrat Qevin Nyusom, süni intellekt sistemlərinin təhlükəsizlik baxımından sınaqdan keçirilməsini tələb edən qanun layihəsini rədd edib.

QafqazTürk Media bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qubernator qeyd edib ki, süni intellektin effektiv tənzimlənməsi üçün istənilən çərçivə texnologiyanın özü ilə ayaqlaşmalıdır. Qanun böyük şirkətləri, o cümlədən Google və OpenAI-ni nəinki süni intellekt sistemlərinin təhlükəsizliyini yoxlamağa, hətta gözlənilməz hallar zamanı onları tamamilə bağlamaq imkanını təmin etməyə məcbur edəcək.

Qeyd edək ki, sənəd qəbul olunarsa, ABŞ-da süni intellekt sahəsində ilk qanunvericilik aktlarından biri ola bilər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu ölkə Rusiya ilə sərhədində sədd çəkməyi düşünür
Öncəki yazı
Gürcüstan Prezidenti Salome Zurabişvili Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşəcək