Another advertisement
Rusiyanın Maqadan vilayətinin səlahiyyətliləri quş qripinin yüksək patogenli A növünə yoluxmuş su quşlarının cəsədlərinin aşkarlanmasından sonra karantin elan edib.
Bu barədə vilayətin Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat yayılıb.
Bildirilib ki, ölü vəhşi quşlar Olski bələdiyyə rayonu ərazisində, Oxot dənizinin sahilində, Tauysk qəsəbəsi yaxınlığında tapılıb.
Bundan əlavə, nazirlik region sakinlərinə quş ölüsü tapacaqları halda onlara müdaxilə etməməyi tövsiyə edib.