Another advertisement
Araşdırmalara əsasən, bəzi qidaların qəbulunu artıraraq, bədəninizdəki yağların parçalanmasına kömək edə bilərsiniz.
QafqazTürk Media həmin qidaları təqdim edir –
- Çia toxumu – Çia toxumları qida dəyəri baxımından çox zəngindir. Hər gün qəbul edilən çia toxumları mədədə uzun müddət toxluq hissi verir. Həddindən artıq kalori qəbulunun qarşısını alır. Çia toxumları sayəsində insanın qidaya olan ehtiyacı azalır. Çia toxumunun tərkibindəki təbii yağlar sayəsində özünüzü fit və enerjili hiss etməyə kömək edir. Bu, idman etməyinizi asanlaşdırır.
- C vitaminli meyvələr – Xüsusilə C vitamini ilə zəngin olan meyvələr bel ətrafındakı piylərlə mübarizədə işinizi asanlaşdırır.
Kivi, portağal, naringi və qreypfrut qarın piylərinizi azaldarkən əsas köməkçiləriniz olacaq. Bol lifli bu meyvələr C vitamini baxımından da zəngindir. Qısa müddətdə yağ yandırmağa kömək edir. Bu qidaları qəbul edərək və hər gün 40-45 dəqiqə gəzərək, qarın nahiyənizdə yığılan piylərlə vidalaşa bilərsiniz. - Alma sirkəsi – Alma sirkəsi, müntəzəm olaraq qəbul edildikdə, qida ehtiyacını minimuma endirir. Bu, maddələr mübadiləsinin 20 faiz daha sürətli işləməsinə kömək edir. Yeməkdən əvvəl qəbul edilən alma sirkəsi toxluq hissi yaradır və artıq kalori qəbulunun qarşısını alır. Yağ yandırma xüsusiyyəti sayəsində bədəninizdəki yağların daha asan parçalanmasına kömək edir.
Bədəndəki zərərli toksinlərin və ödemlərin çıxarılmasını asanlaşdırır.