This is a specific ad

Bu tarixdən ölkədə çörəyin qiyməti ucuzlaşacaq

19

Another advertisement

Ölkədə çörəyin qiymətinin ucuzlaşacağı tarix məlum olub.

QafqazTürk xəbər verir ki, bu barədə “Gürcüstan Çörək Sənayesi Birliyinin” sədri Malxaz Dolidze məlumat verib.

Məlumata əsasən aprelin 10-dan etibarən ölkədə çörəyin qiyməti 10 tetri ucuzlaşacaq.

Malxax Dolidze qeyd edib ki, qiymətin aşağı salınması çörəyin çəkisinə təsir etməyəcək.

“Qərar verildi ki, bu il aprelin 10-dan çörəyin qiyməti 10 tetri ucuzlaşsın. Baş nazirin dediklərini yerinə yetirəcəyik. Qiymətin ucuzlaşması çörəyin çəkisinə təsir etməyəcək. İnanıram ki, mağazalar şəbəkəsində problem olmayacaq və qiymət endirimi mütəşəkkil şəkildə aparılacaq”, – deyə səd Malxaz Dolidze bildirib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Küçə itlərinin çiplənməsi tətbiq edilə bilər
Öncəki yazı
8 aprelə olan hava şəraiti – PROQNOZ