Tbilisi sərhədləri daxilində saat 08:00-dan 11:00-dək və 17:00-dan 20:00-dək digər irihəcmli nəqliyyat vasitələri ilə yanaşı, distribyutorlara də hərəkət məhdudiyyəti tətbiq olunacaq.
Paytaxt meri Kaxa Kaladzenin Tbilisi bələdiyyəsinin hökumətinin iclasında qeyd etdiyi kimi, indiyədək distribyutorlara müəyyən müddət verilirdi və gələn il yanvarın 1-dən məhdudiyyət sözügedən kateqoriyadan olan avtomobillərə də şamil ediləcək. .
“İl yarım bundan əvvəl biz daha bir yeni islahat həyata keçirməyə başladıq ki, bu da paytaxtda pik saatlarda yükdaşıma vasitələrinin hərəkəti nəticəsində yaranan nəqliyyatın hərəkətini müəyyən qədər yüngülləşdirməyə xidmət edir. Səhər saat 08:00-dan 11:00-a qədər və 17:00-dan 20:00-a kimi onların hərəkətini məhdudlaşdırdıq. Bu, N2 və N3 kateqoriyalı avtonəqliyyat vasitələrinə şamil edilib, yəni yükdaşıma üçün nəzərdə tutulmuş ümumi çəkisi üç ton yarımdan çox olan avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bəzi istisnalara icazə verdik. Reqlamentin qəbulu zamanı biz biznes sektoru ilə sıx əməkdaşlıq etdik və distribyutorları azad etdik və bu dəyişikliyə uyğunlaşmaq üçün onlara səkkiz aylıq güzəşt müddəti verdik. Bundan sonra biz onların müavinətini daha 4 ay uzatdıq və yanvarın 1-dən bu məhdudiyyət onlara da şamil olunacaq”, – deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, sözügedən reqlament N2 və N3 kateqoriyalı avtonəqliyyat vasitələri ilə daşınma məhdudiyyətini nəzərdə tutur və M2 kateqoriyalı avtomobillərə şamil edilmir.
“Bir daha vurğulayırıq ki, məhdudiyyət yalnız paytaxtda nəqliyyat axınının daha çox olduğu saat 08:00-dan 11:00-dək və 17:00-dan 20:00-dək tətbiq edilir və günün qalan vaxtlarında heç bir məhdudiyyət tətbiq olunmur. və heç bir yeni məhdudiyyət tətbiq etmək planımız yoxdur”, – deyə Tbilisi meri bildirib.