Another advertisement
Ölkədə çörəyin qiymətinin ucuzlaşacağı tarix məlum olub.
QafqazTürk xəbər verir ki, bu barədə “Gürcüstan Çörək Sənayesi Birliyinin” sədri Malxaz Dolidze məlumat verib.
Məlumata əsasən aprelin 10-dan etibarən ölkədə çörəyin qiyməti 10 tetri ucuzlaşacaq.
Malxax Dolidze qeyd edib ki, qiymətin aşağı salınması çörəyin çəkisinə təsir etməyəcək.
“Qərar verildi ki, bu il aprelin 10-dan çörəyin qiyməti 10 tetri ucuzlaşsın. Baş nazirin dediklərini yerinə yetirəcəyik. Qiymətin ucuzlaşması çörəyin çəkisinə təsir etməyəcək. İnanıram ki, mağazalar şəbəkəsində problem olmayacaq və qiymət endirimi mütəşəkkil şəkildə aparılacaq”, – deyə səd Malxaz Dolidze bildirib.