This is a specific ad

Bu tarixdən etibarən mövsümi qripə qarşı peyvənd ölkə üzrə bütün vətəndaşlar üçün pulsuz olacaq

225

Another advertisement

4 noyabr tarixindən etibarən mövsümi qripə qarşı peyvənd ölkə üzrə bütün vətəndaşlar üçün pulsuz olacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Qeyd edək ki, immunizasiya ÜST-nin tövsiyə etdiyi peyvəndlərdən biri olan Abbott Biologicals B.V. tərəfindən istehsal olunan dördkomponentli vaksinlə həyata keçirilir.

Peyvənd qrip mövsümündə dövriyyəyə buraxılması gözlənilən ştamlara uyğunlaşdırılıb.

“Proqram çərçivəsində risk qrupları birinci mərhələdə qrip virusuna qarşı peyvənd edilib. İndiyədək ölkə üzrə 37 mindən çox vətəndaş peyvənd olunub. Peyvənd xidməti göstərən tibb müəssisələrində 6 aylıq yaş həddindən etibarən peyvənd oluna bilərsiniz və tamamilə pulsuzdur”, – məlumatda deyilir.

 

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
“Rusiya-Ukrayna münaqişəsi ədalətli şəkildə həll edilməlidir”-Hakan Fidan
Öncəki yazı
Marneuli-Tbilisi magistralında ağır qəza: 1 ölü, 3 yaralı