This is a specific ad

Bu tarixdən deputatların maaşı artırılıacaq

48

Another advertisement

2025-ci ilin yanvarın 1-dən etibarən, növbəti çağırış Gürcüstan parlamentinin deputatlarının və vəzifəli şəxslərin maaşlarının artırılması planlaşdırılır.

QafqazTürk.com xəbər verir ki,bununla da parlamentin büdcə xərcləri hər il 5 milyon 700 min lari artacaq.

Parlamentin sədri Şalva Papuaşvilinin qanunverici orqana təqdim edəcəyi reqlamentdə nəzərdə tutulan dəyişikliyə əsasən, maaşlar aşağıdakı kimi müəyyənləşəcək:

Parlamentin sədri – 10 000 lari – (3260 lari artırılır);

Parlament sədrinin birinci müavini – 9500 lari (3100 lari artırılır);

Parlament sədrinin müavini – 9 250 lari (2 910 lari artırılır);

Komitə sədri, fraksiya sədri – 9 000 lari (3 460 lari artırılır);

Komitə sədrinin birinci müavini, fraksiya sədrinin birinci müavini – 8 750 lari (3 950 lari artırılır);

Komitə sədrinin müavini, fraksiya sədrinin müavini 8500 lari (3 760 lari artırılır);

Parlamentin üzvü deputat (parlamentdə əlavə vəzifə tutmayan) – 8250 lari – (3 626 lari artırılır).

Kateqoriya: Siyasət
Sonrakı yazı
Sabah möhtəşəm kosmik hadisə gözlənilir
Öncəki yazı
Türkiyə Mərkəzi Bankı 2023-cü il üçün inflyasiya proqnozunu pisləşdirib