Another advertisement
Rusiya mətbuatı Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 17-də Rusiya və İran hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayacaq.
“Yanvarın 17-də Vladimir Putin İran İslam Respublikasının prezidenti Məsud Fezeşkian ilə danışıqlar aparacaq. Danışıqlardan sonra Vladimir Putin və Məsud Pezeşkian Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar”, – Kremlin bəyanatında deyilir.
Kremlin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian Moskvaya planlaşdırılan görüşdə ikitərəfli, regional və beynəlxalq əhəmiyyətli məsələləri müzakirə edəcəklər.