Another advertisement
Noyabrın 23-də saat 15:00-da müxalifət partiyaları TDU-nun birinci binası yaxınlığında birgə aksiya elan edəcəklər.
“Vahid Milli Hərəkat”ın verdiyi məlumata görə, partiyalar ictimaiyyəti “saxtalaşdırılmış seçkilərə etiraz olaraq” mitinqə çıxmağa çağırır.
Xatırladaq ki, müxalifət partiyaları və bəzi vətəndaşlar 26 oktyabr parlament seçkilərinə etiraz edərək seçkilərin saxtalaşdırıldığını iddia edirlər.