This is a specific ad

Bu tarixdən Ayasofya məscidinə giriş pullu olacaq

62

Another advertisement

İstanbuldakı Ayasofya məscidinə giriş yanvarın 15-dən ödənişli olacaq.

Qafqaztürk bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Nazirin sözlərinə görə, 2024-cü il yanvarın 15-dən xarici turistlər üçün məscidə səfər ödənişli olacaq:

“Məscidə ibadət üçün gələn Türkiyə vətəndaşları üçün giriş pulsuz olacaq”.O, qərarın UNESCO-nun tövsiyələri əsasında verildiyini izah edib. Təşkilat məscidə ziyarətləri idarə etmək üçün plan hazırlanmasını xahiş edib, ona görə də yanvarın 15-dən etibarən turistlər və ibadətçilər qarışıqlığın qarşısını almaq üçün məscidə müxtəlif girişlərdən daxil olacaqlar.1934-cü ildən Ayasofya muzey fəaliyyət göstərir. 2020-ci ilin iyulunda Türkiyə Dövlət Şurasının qərarı ilə muzey statusunu itirib.

Eyni zamanda, prezident Rəcəb Tayyib Ərdoğan onun məscidə çevrilməsi haqqında fərman imzalayıb və burada müsəlman ayinlərinin keçirilməsinə icazə verib. Məscidə giriş bütün ziyarətçilər, o cümlədən turistlər üçün pulsuz idi.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Türkiyə Yunanıstanın nəzarətindəki adanı geri alıb
Öncəki yazı
Rus işğalçıları Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər