This is a specific ad

Bu şəxslərin pensiya müavinəti artırılıb – ƏTRAFLI

48

Another advertisement

Çernobıl AES-də baş vermiş qəza zamanı zərərçəkənlərin və həlak olanların ailə üzvlərinin pensiya müavinəti artırılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin 2024-cü il 15 yanvar tarixli “Sosial müavinətlərin monetizasiyası haqqında” qərarında deyilir.

Qeyd olunan kateqoriya üzrə pensiya 7 lari idi. Qərara əsasən, aşağıdakı kateqoriyadan olan şəxslərə pensiya 40 lariyə qədər artırılacaq:

1. Çernobıl AES-də baş vermiş qəzaların nəticələrinin aradan qaldırılmasında iştirakla əlaqədar əlilliyi olan şəxslər;
2. Çernobıldakı nüvə obyektlərində qəzaların nəticələrinin aradan qaldırılmasında iştirak edənlər;
3. Çernobıl AES-də baş vermiş qəza nəticəsində ailə başçısını itirməyə görə pensiya alan ailələr;
4. Siyasi repressiya qurbanı kimi tanınan şəxslər və onların ailə üzvləri.

Bundan əlavə, 1989-cu il aprelin 9-da zərərçəkənlərə və həlak olanların ailələrinə verilən pensiya müavinəti də artırılıb. Dəyişiklikdən əvvəl pensiya 22-44 lari arasında dəyişirdi. 15 yanvar tarixli qərara əsasən, aşağıdakılar müəyyən edilib:

1. 1989-cu il aprelin 9-da Tbilisidə Gürcüstanın müstəqilliyi tələbi ilə keçirilən dinc etiraz aksiyasının dağıdılması nəticəsində əlillər ayda 80 lari alacaqlar;
2. 1989-cu il aprelin 9-da Tbilisidə Gürcüstanın müstəqilliyi tələbi ilə keçirilən dinc mitinqin dağıdılması nəticəsində əlil valideynlərə, artıq nikahda olmayan əlil ər-arvadlara, azyaşlı uşaqlara və/və ya övladlığa götürülmüş uşaqlara – ayda 80 lari müəyyən edilib.

4. 1989-cu il aprelin 9-da Tbilisidə Gürcüstanın müstəqilliyi tələbi ilə keçirilən dinc aksiyanın qurbanları üçün aylıq 60 lari müəyyən edilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Marneulidə “Lelo” partiyasının qərargah ofisinin açılışı olub
Öncəki yazı
მარნეულში 20 იანვრისა და 9 აპრილის ტრაგედიებისადმი მიძღვნილი ღონისძიება გაიმართა