Təhsil və Elm komitəsi ikinci oxunuşda “Ali təhsil haqqında” qanuna yüksək nailiyyətlər əldə edərək idman yarışlarında iştirak edən idmançının ali təhsil müəssisəsinə şərti qəbulunu nəzərdə tutan dəyişikliyə baxıb və dəstəkləyib.
QafqazTürk.com xəbər verir ki, dəyişikliyə əsasən, yüksək nailiyyətlər əldə edərək idman yarışlarında iştirak edən və yarışda iştirak etdiyinə görə vahid milli imtahanlarda iştirak edə bilməyən idmançıya vahid ümumrespublika imtahanlarını vermədən şərti olaraq akkreditə olunmuş təhsil müəssisəsinin bakalavr dərəcəsinə və ya ali təhsil müəssisəsinin ixtisaslı həkim/stomatoloq proqramına daxil olmağa icazə veriləcək.
Gürcüstanın Təhsil və Elm nazirinin müavini Nodar Papukaşvilinin sözlərinə görə, birinci oxunuşdan sonra qanunlayihəsində heç bir dəyişiklik edilməyib.
Komitə qanunlayihəsinin plenar iclasa çıxarılmasını dəstəkləyib.