2024-cü il iyulun 1-dən Gürcüstan vətəndaşlarının 2011-ci il iyulun 28-dək verilmiş qeyri-elektron (laminatlaşdırılmış) şəxsiyyət vəsiqələri ləğv ediləcək.
QafqazTürk.com xəbər verir ki, bununla əlaqədar hazırlanmış qanunlayihəsi dekabrın 4-də Parlament Bürosuna təqdim olunacaq.
Layihənin təşəbbüskarları “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatlarıdır.
“Layihənin məqsədi Gürcüstan vətəndaşlarına yuxarıda qeyd olunan qeyri-elektron şəxsiyyət vəsiqələrini Gürcüstan vətəndaşlarının elektron şəxsiyyət vəsiqələrini yeni şəxsiyyət vəsiqələri ilə əvəz etmək üçün əlavə motivasiya verməkdir ki, bu da öz növbəsində növbəti vətəndaşlıq vəsiqələrinin düzgün aparılmasına və hər bir sonrakı seçkilərə töhfə verəcək”, – deyə qanunlayihəsində bildirilib.