This is a specific ad

Bu sahə Gürcüstana getdikcə daha çox pul gətirir – gəlir rekord səviyyədə artır

15

Another advertisement

Turizmdən gələn gəlir turistlərin sayından daha sürətlə artır.

2023-cü ilin yanvar-iyun aylarında Gürcüstanda beynəlxalq turizmdən əldə edilən gəlir 1,8 milyard dolları ötüb ki, bu da rekord göstəricidir.

QafqazTürk.com xəbər verir ki,bu barədə Milli Turizm Administrasiyası bildirib.

Turistlərdən əldə olunan gəlir 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 57,9%, pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 23,9% artıb.

2023-cü ilin yanvar-iyun aylarında Gürcüstana təxminən 2,9 milyon turist səyahət edib ki, bu da 2022-ci ilin ilk altı ayı ilə müqayisədə 75,9% çoxdur. Bundan başqa, 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə göstəricilər 74% bərpa olunub.

Gürcüstanda turizm koronavirus pandemiyasının yaratdığı tənəzzüldən sonra 2021-ci ilin yayından bərpa olunmağa başlayıb. Artıq 2022-ci ildə Gürcüstana 5,4 milyon turist səfər edib ki, bu da 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 188,5% çoxdur. Pandemiyadan əvvəlki dövrlə müqayisədə göstəricilər 58% bərpa olunub.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Gürcüstanda mal-qarada “Emkar” xəstəliyi qeydə alınıb
Öncəki yazı
İlham Əliyevdən Ermənistandakı ermənilərə mesaj…