Bu şəxslər şəxsiyyət vəsiqəsini yarı qiymətinə ala biləcəklər

88

Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətləri İnkişaf Agentliyi müəyyən kateqoriyadan olan vətəndaşlara şəxsiyyət vəsiqəsini (ID kartı) yarı qiymətinə təqdim edəcək aksiya başladıb. Aksiya bu gündən start götürüb və 5 sentyabradək davam edəcək.

Endirimli ID kartını aşağıdakı şəxslər əldə edə biləcək:

Heç vaxt elektron şəxsiyyət vəsiqəsi almamış yetkin vətəndaşlar;

Müddəti bitmiş və ya 5 oktyabradək bitəcək ID kartı olan, amma biometrik pasportu olmayan yetkin vətəndaşlar;

5 oktyabradək 18 yaşı tamam olacaq, lakin ID kartı olmayan və ya müddəti bitmiş ID kartı olan, biometrik pasportu olmayan vətəndaşlar.

Sənəd 10 iş gününə yarı qiymətinə veriləcək, fotoşəkil isə pulsuz olacaq. Müraciət Agentliyin regional bölmələrində, Ədliyyə Evlərində və mobil Ədliyyə Evlərində mümkündür.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 63 bələdiyyədə merliyə namizədləri açıqlayıb
Öncəki yazı
MSK dairə seçki komissiyalarının müvəqqəti üzvlərini seçib