This is a specific ad

Bu şəhər Avropanın ən dəbli qış məkanı seçildi

241

Another advertisement

Alp dağları ilə əhatə olunmuş Avstriyanın Zalsburq şəhəri 2024-2025-ci illərin qış turizm mövsümündə ziyarət üçün ən populyar məkan kimi tanınıb.

QafqazTürk Media xarici mətbuata istinadən xəbər verir ki, turistlər arasında Avstriyanın Zalsburq şəhərinə maraq kəskin artıb.

Araşdırmaya görə, Avstriyanın dördüncü ən böyük şəhəri bu il sosial şəbəkələrdə və axtarış sistemlərində 2023-cü ilin eyni dövrü ilə müqayisədə 135% daha çox turist tərəfindən axtarılır.

Qeyd edək ki,  YUNESKO-nun siyahısına salınmış Salzburq gözəl barokko memarlığı, ləzzətli mətbəxi və bir çox musiqi festivalları, muzeyləri ilə bohem həyat tərzinə malikdir.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
23 სექტემბრის ამინდის პროგნოზი ქალაქების მიხედვით
Öncəki yazı
Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti ölkəmizə səfər edəcək