This is a specific ad

Bu qidaları axşam yemək olmaz

53

Another advertisement

Günün ikinci yarısı yeyilən qidalar orqanizmə daha çox zərər verər.

QafqazTürk.com medicina.az-a istinadən xəbər verir ki, sağlam qidalanma mütəxəssisi Aleksey Kabanov bu barədə danışıb.

“Saat 19:00-dan sonra ət və ət məhsulları, konserv yemək olmaz.

Qızarmış ət, kolbasa, sosisin tərkibində çox miqdarda doymuş yağlar var, bu yağı axşam vaxtı həzm etmək çətin olur.

Hisə verilmiş məhsullar qaraciyərə əlavə yük verir. Üstəlik qidalar duzludursa, böyrəklər yüklənir.

Orqanizm axşam istirahət və təmizlənmə rejiminə keçir. Bu qidaları yedikdə aktiv işləyib, duz və kanserogen maddələri bədəndən çıxarmaq məcburiyyətindədir.

Bundan əlavə, günün ikinci yarısı, süd və süd məhsulları, hətta kəsmik belə olmaz. Bunlar da çətin həzm olunur.

Axşamlar tərəvəz, balıq, file, yumurta və göyərti yeyə bilərsiz. Belə qidalar rahat və yüngül yatmağa da kömək edəcək”.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Azərbaycan-Ermənistan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək
Öncəki yazı
Dünya bazarında neft qiymətləri