Parlament seçkilərinin nəticələrinə əsasən 6 siyasi birlik maliyyə alacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə MSK-nın məlumat yayıb.
MSK-nın izahatına edir ki, qanunvericiliyə əsasən, oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, yeni seçilmiş parlamentin səlahiyyətlərinin tanınmasının ikinci günündən noyabrın 26-dan etibarən maliyyə almaq hüququnu aşağıdakı yeddi siyasi birlik qazanıb. “Gürcü arzusu – Demokratik Gürcüstan”; “Vahid Milli Hərəkat”; “Dəyişiklik Koalisiyası – Qvaramiya Melia Qirçi Zamanıdır”; ” Qaxariya Gürcüstan üçün”; ” Lelo Gürcüstan üçün “; “Gürcüstan Patriotları Alyansı”; “Yeni siyasi mərkəz – Qirçi”.
Çeskonun sözlərinə görə, “Dəyişiklik Koalisiyası- Qvaramiya Melia Qirçi zamanıdır” partiyası maliyyə almaqdan imtina edib.
“Siyasi birliklərə parlament seçkilərinin nəticələrinə əsasən alınmış maliyyə vəsaitindən imtina üçün verilən müddət dekabrın 26-sı saat 18:00-da başa çatıb”, – deyə məlumatda bildirilir.