Another advertisement
Türkiyəyə gələnlərin sərhəddə barmaq izi alınır.
QafqazTürk Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Erlikaya məlumat verib.
Onun sözlərinə görə, belə qaydalar Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada tətbiq olunur. Yeni reqlamentin qüvvəyə minməsinin dəqiq tarixi hələ məlum deyil.
Nazir həmçinin qeyd edib ki, Türkiyə müvəqqəti yaşamaq hüququ olan şəxslərin, xüsusən də suriyalıların sertifikatlarına möhür vurmağı planlaşdırır. Onun sözlərinə görə, belə sənədləri saxtalaşdırmaq mümkün olmayacaq.