Bu ölkədə “TikTok”u uşaqların psixikasına zərər verməkdə ittiham ediblər

284

Another advertisement

ABŞ-nin 13 ştatı və Kolumbiya dairəsinin baş prokurorları “TikTok” sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırıblar.

QafqazTürk Media bu barədə xarici mətbuata istinadən xəbər verir ki, onlar şirkəti uşaqların psixi sağlamlığına zərər verməkdə və onların şəxsi məlumatlarını toplamaqda ittiham ediblər.

Bu mövqeni Vaşinqton, İllinoys, Kaliforniya, Kentukki, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Oreqon, Şimali Karolina, Cənubi Karolina ştatları və Kolumbiya dairəsinin baş prokurorları da bölüşürlər.

Qeyd edək ki, “TikTok”un nümayəndəsi buna cavab olaraq  bildirib ki, sosial şəbəkə bu cür bəyanatlarla qətiyyətlə razı deyil.

“Biz yeniyetmələrin qorunması üçün gördüyümüz işlərlə fəxr edirik və məhsulumuzu yeniləməyə və təkmilləşdirməyə davam edəcəyik”, – deyə o qeyd edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Lukoşenko: Gürcüstan MDB-yə qayıtsa, çox yaxşı olar
Öncəki yazı
ბათუმში ცეკვის მასწავლებელმა ბავშვს სცემა