Bu ölkədə hökumət istefa verdi, nazirlər ölkədən qaçdı

91

Nepalın baş naziri Xadqa Prasad Şarma Oli ölkədə günlərlə davam edən irimiqyaslı etirazlardan sonra istefa verdiyini açıqlayıb.

Etirazların fonunda hökumət sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmışdı. Lakin bu addım vəziyyəti sakitləşdirmək əvəzinə, əksinə, narazılığı daha da gücləndirib.

“Z nəsli”nin təşəbbüsü ilə başlayan etirazlar qısa müddətdə bütün ölkəyə yayılıb. Gənclər küçələrdə polis qüvvələri ilə toqquşublar. Hadisələr zamanı ən azı 19 nəfərin öldüyü, yüzlərlə insanın isə yaralandığı bildirilir.

Bu səhər hökumət sosial şəbəkələrə qoyulan qadağanı aradan qaldırsa da, qərar etirazçıları sakitləşdirməyib. Onlar prezident iqamətgahına hücum edərək binanı yandırıblar.

Mətbuatda yayılan məlumatlara görə, bəzi nazirlər ölkəni tərk ediblər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
10 sentyabr tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Fransada siyasi gərginlik: Baş nazir Bayru etimadsızlıq səsverməsindən sonra istefa verir