This is a specific ad

Bu ölkədə 13 ildə ilk dəfə ölüm cəzası icra ediləcək

168

Another advertisement

ABŞ-ın Cənubi Karolina ştatı son 13 ildə ilk dəfə ilk ölüm cəzasını həyata keçirəcək.

QafqazTürk Media bu barədə məlumatı xarici mediaya istinadən xəbər verir.

Verilən məlumata əsasən, cari ilin 20 sentyabrında Cənubi Karolinada Freddie Eugene Ouens adlı şəxsin edam ediləcəyi bildirilib. O, 1997-ci ildə mağaza işçisini öldürməkdə təqsirli bilinib.

Məlumatda qeyd olunduğu kimi, cinayətkara edam növünü seçmək hüququ veriləcək. Seçimlərə ölümcül inyeksiya, elektrik stul və ya atəş qrupu daxildir. Bir həftə ərzində öz seçimini səsləndirməsə, onu elektrik stulda öldürəcəklər.

Agentliyin məlumatına görə, Cənubi Karolina əvvəllər ən çox edamın həyata keçirildiyi ştatlardan biri olub, lakin xüsusi dərmanların əldə edilməsi ilə bağlı problemlərə görə icra olunmayıb.

Məlumat üçün bildirək ki, ABŞ ölüm hökmündən istifadə edən yeganə inkişaf etmiş ölkədir. 1976-cı ildən 2024-cü ilin yanvar ayının 3-dək ölkədə 1 582 məhbus edam edilib. Bunlardan 1 402-si iynə vurulmaqla həyata keçirilib. Ən az rast gəlinən isə asılma və güllələnmədir. Ölüm hökmlərinin maksimum sayı 1999-cu ildə icra edilib – 98 məhbus.
Bununla yanaşı, 1973-cü ildən ölüm cəzasına məhkum edilmiş 196 nəfərin işinə yenidən baxılaraq bəraət hökmü çıxarılıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Teleqramın qurucusu və baş direktoru həbs edilib
Öncəki yazı
Litva Ukraynaya yeni hərbi yardım paketi ayırıb