Bu ölkə Rusiya ilə sərhədində sədd çəkməyi düşünür

179

Another advertisement

Norveç Rusiya ilə 198 kilometrlik quru sərhədi boyunca sədd çəkə bilər.

QafqazTürk Media bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Sədd təkcə çəkindirici rol oynadığına görə deyil, həm də sərhədə yaxınlaşan insanları aşkar edə bilən sensorlara malik olduğu üçün maraqlıdır”, – deyə bildirilib.

Məlumatda qeyd olunub ki, hakimiyyət orqanları sərhədçilərin sayını artırmağı, yeganə avtomobil keçid məntəqəsi olan Sturskuqda nəzarəti gücləndirməyi və digər təhlükəsizlik tədbirlərini də nəzərdən keçirir.

Qeyd edək ki, 2015-ci ildə Rusiya ərazisindən 5 minlik qaçqın axınından sonra Norveç həmin sərhəd məntəqəsində 3,5 metr hündürlüyündə 200 metrlik sədd çəkib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Məhşur uşaq nağılı gerçəkləşdi-Tısbağa dovşana qalib gəldi
Öncəki yazı
Bu əyalətin qubernatoru süni intellektə qarşı çıxıb