Bu ölkə qərar verdi: Rusiya ilə sərhəddə hasarın hündürlüyünü artıracaqlar

238

Another advertisement

Finlandiya Rusiya ilə sərhəddə hasarın hündürlüyünü yarım metr artıraraq 3,5 metrə çatdırmağa qərar verib.

QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata əsasən, xidmət 2026-cı ilin sonuna qədər şərq sərhədində 200 kilometr uzunluğunda istehkam inşa etməyi də nəzərdə tutur.

Eyni zamanda, tikanlı məftillərin daha sıx ediləcəyi qeyd olunub.

Şərq sərhədində maneələrin quraşdırılması sərhədin təhlükəsizliyini artırır və genişmiqyaslı miqrasiyanın qarşısının alınması və nəzarət üçün zəruridir”, – xidmətin məlumatında qeyd olunub.

Məlumat üçün bildirək ki, Finlandiya rəhbərliyi Rusiya ilə sərhəddə hasarın inşası məsələsini müzakirə etməyə Ukraynada münaqişə başladıqdan sonra başlayıb. Finlandiya hökumətinin məlumatına görə, ümumilikdə hasarın inşası 3-4 il və yüz milyonlarla avro vəsait tələb edəcək.

Sonrakı yazı
4 sentyabr tarixinə olan valyuta məzənnəsi belə görünür
Öncəki yazı
Türkiyədə qalmaqal yaradan turist ölüb-otelin 14 işçisi həbs olunub