Bu ölkə ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunu sərtləşdiriləcək

264

Another advertisement

Böyük Britaniyanın Baş naziri Keir Starmer hökumətin ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunu sərtləşdirməyi planlaşdırdığını təsdiqləyib.

QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir.

“Biz səhiyyə sisteminin və vergi ödəyicilərinin yükünü azaltmaq üçün hərəkətə keçməli olduq”, –  deyə Starmer qeyd edib.

O əlavə edib ki, Böyük Britaniyada hər il 80 mindən çox insan siqaretin yaratdığı fəsadlar nəticəsində ölür.

Məlumat üçün bildirək ki, daha əvvəl “The Sun” qəzeti siqaret qadağasının açıq havada olan restoranlara və stadionlarının ətrafına şamil ediləcəyini bildirmişdi. Nəşrə görə, gecə klubları, universitetlər, xəstəxanalar və uşaq meydançalarının yaxınlığında da siqaret çəkmək qadağan ediləcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Azərbaycan və Ermənistan arasında mühüm sənəd imzalanıb
Öncəki yazı
Monqolustanda qızılcaya yoluxanların sayı 13-ə yüksəlib