Another advertisement
Xristian Demokrat İttifaqı Almaniyada doğum səviyyəsinin aşağı düşməsi və ailələr üçün uşaq böyütmək xərcləri ilə əlaqədar narahatlıqları nəzərə alaraq yeni plan hazırlayıb .
QafqazTürk.com xəbər verir ki, plana uyğun olaraq ailənin gəlirindən asılı olmayaraq doğulan hər uşaq üçün 10 min avro birbaşa ödəniş veriləcək.
Bu dəstək ailələrə uşaqları üçün daha yaxşı gələcək təmin etmək və doğum nisbətini artırmaqla əhalinin qocalmasının qarşısını almaq məqsədi daşıyır.
Bəziləri bunun uşaq doğurmağı təşviq etməyə və ailələri dəstəkləməyə kömək edəcəyini iddia etsə də, digərləri bu addımın davamlı olmadığını və daha geniş ailə siyasəti strategiyasına ehtiyac olduğunu vurğulayır.