Another advertisement
İyulun 15-dən qüvvəyə minən qərara əsasən, artıq Gürcüstan vətəndaşları Taylanda vizasız səfər edə bilərlər.
QafqazTürk.com xəbər verir ki, bu barədə Taylandın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Gürcüstan da daxil olmaqla 93 ölkənin vətəndaşları Tailandda 60 gün qala biləcəklər. Ölkə, həmçinin Taylandda işləməyi planlaşdıranlar üçün yeni viza kateqoriyasını, DTV – Destination Thailand Visa-nı işə salıb.