This is a specific ad

Bu ölkənin baş nazirinə zərfdə güllə göndərilib

261

Another advertisement

Slovakiyanın baş naziri Robert Fitzova zərfdə güllə göndərilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Slovakiya mətbuatı məlumat yayıb.

“Biz təsdiq edə bilərik ki, güllə olan zərfdə Slovakiyanın baş nazirinin ünvanı göstərilib və o, bu gün hökumət administrasiyasına təhvil verilib”, – Slovakiya hökumətinin mətbuat xidməti bildirib.

Hökumətin mətbuat xidmətinin verdiyi məlumata görə, administrasiyanın əməkdaşları səhər saatlarında poçtu yoxlayarkən zərfdə güllə aşkar ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları zərfin göndəricisini hələlik müəyyən edə bilməyiblər.

Xatırladaq ki, mayın 15-də Handlova şəhərində silahlı şəxs tərəfdarları ilə görüşən Robert Fitzoya 5 dəfə atəş açıb. O, çoxsaylı xəsarətlər alıb və iki əməliyyat keçirib.

Kateqoriya: Cinayət, Dünya
Sonrakı yazı
İşğal olunmuş Abxaziyanın Parlamenti məhkəmə qərarları haqqında sazişi ratifikasiya edib
Öncəki yazı
Gürcüstanda ən çox yayılmış 5 avtomobil markası