Bu ölkələr Bakı və İrəvanın addımını alqışlayıb

15

Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına xarici ölkələrin reaksiyaları gəlməkdədir.

QafqazTürk Media xəbər verir ki, artıq Braziliya, Almaniya, İran, Estoniya, İspaniya, Fransa, Gürcüstan, Qazaxıstan, o cümlədən BMT və AB sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıblar.

Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlayıb.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
Mixail Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı hökm martın 17-də elan olunacaq
Öncəki yazı
Martın 18-dən Gürcüstanda temperaturun aşağı düşəcəyi gözlənilir