Another advertisement
Kubada yüz minlərlə insan su çatışmazlığından əziyyət çəkir.
QafqazTürk Media xəbər verir ki, rəsmi məlumatlara görə, 600 mindən çox insan su təchizatındakı problemlərdən əziyyət çəkir. Su qıtlığı ilə ən çox paytaxt Havana qarşılaşıb.
Rəsmilər artan su problemlərini sıradan çıxan infrastruktur və yanacaq qıtlığı ilə əlaqələndirirlər. Bu da artımı zəiflədir və iqtisadi böhranı dərinləşdirir. Bəzi rayonlarda etirazlar baş verib. Artan problemlər, defisit və tropik yayın qızmar istisi insanların səbr kasasını daşdırıb.
Qeyd edək ki, Kuba iqtisadiyyatı bir sıra amillər, o cümlədən COVID-19 pandemiyası, ABŞ sanksiyalarının sərtləşdirilməsi, bürokratiya və səmərəsiz idarəetməyə görə çətinliklə üzləşib.