This is a specific ad

Bu ölkədə insanların tabutlarda dəfni qadağan edilib

282

Another advertisement

Çexiyanın Jdar nad Sazavou şəhərinin rəhbərliyi insanların tabutlarda dəfn edilməsini qadağan edib.

QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir ki, sözügedən qadağa yerli sakinlər arasında narazılığa səbəb olub.

Məlumata əsasən, artıq şəhərdə yüzlərlə ailə yaxınlarını tabutda dəfn etməyə icazə verilməməsinə etiraz edir.

Qeyd olunub ki, qadağa qəbiristanlığın 80 faizində qrunt sularının yüksək olması, eləcə də kifayət qədər havanın keçməsinə imkan verməyən gil torpaqlar səbəbindən tətbiq edilib. Bu səbəbdən bəzi şəhər sakinləri vəfat etmiş yaxınlarının qalıqlarını çıxarıb, başqa yerə köçürməli olublar.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Baş nazir Almaniya Bundestaqının qətnaməsini ədalətsiz adlandırıb
Öncəki yazı
Hüquqları pozulan müştərilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb