Another advertisement
Konqo Demokratik Respublikasında (KDR) bu il “mpox” (meymunçiçəyi) xəstəliyinə yoluxma hallarının sayı 30 mini keçib, minə yaxın insan ölüb.
QafqazTürk Media xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Roje Kamba bildirib.
Nazir qeyd edib ki, ölənlərin 70%-i beş yaşa qədər olan uşaqlardır:
“Ölkənin 26 əyalətinin hamısında mpox xəstəliyinə yoluxma halları müəyyən edilib. Konqo hökumətinin planlarına görə, 5 milyona qədər insan peyvənd olunacaq”.