Bu ölkədə 2024-cü ildə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

375

Another advertisement

İordaniyada 2024-cü ildə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb.

QafqazTürk Media verir ki, bu barədə İordaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

“Yoluxmuş şəxs İordaniya vətəndaşı olmayan, lakin daimi olaraq ölkədə yaşayan kişidir. Dəridə səpkilər şəklində infeksiya əlamətləri görünən kimi o, karantinə göndərilib. Hazırda vəziyyəti sabitdir. Nazirlik epidemioloji vəziyyətə nəzarəti davam etdirir və digər yoluxma halları aşkar edilərsə, bu barədə vətəndaşları dərhal məlumatlandırmağı öhdəsinə götürür”, – qurumdan bildirilib.

Qeyd edək ki, bu, İordaniya tarixində ilk belə hal deyil: meymunçiçəyi xəstəliyinə yoluxma ilk dəfə 2022-ci ilin payızında qeydə alınıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Omeqa-3 ilə ehtiyatlı olun – Həkim məsləhəti
Öncəki yazı
İsrail prezidenti girovların ailələrindən üzr istəyib