This is a specific ad

Bu ölkə Rusiya vətəndaşlarına daşınmaz əmlak almağı qadağan etməyi planlaşdırır

250

Another advertisement

Finlandiya hökuməti Rusiya vətəndaşlarına daşınmaz əmlak almağı qadağan etməyi planlaşdırır.

QafqazTürk Media xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Hakanen məlumat yayıb.

Antti Hakanen qeyd edib ki, təşəbbüsün məqsədi milli təhlükəsizliyi qorumaqdır.

Daşınmaz əmlakın alınmasına qoyulan qadağa ikili vətəndaşlığı olan şəxslərə və Finlandiyada və ya digər Aİ ölkəsində daimi yaşamaq hüququ olan ruslara şamil edilmir.

“Qaydalar Finlandiyaya qarşı mümkün düşmən təsirinin qarşısını almaq məqsədi daşıyır”, –  deyə Hakanen mətbuat konfransında bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu il ənənəvi ,,Tbilisoba” festivalında bizi nə gözləyir?
Öncəki yazı
Omeqa-3 ilə ehtiyatlı olun – Həkim məsləhəti