This is a specific ad

Bu ölkə ilə Gürcüstan arasında uçuşlar başlayacaq

346

Another advertisement

Gürcüstan və İslandiya arasında uçuşlar başlayacaq.

QafqazTürk Media xəbər verir  ki, Gürcüstan hökuməti artıq bununla bağlı fərman dərc edib.

Sənəddə oxuyuruq – “Gürcüstanın beynəlxalq müqavilələri haqqında” Gürcüstan Qanununun 11-ci maddəsinin birinci bəndinə uyğun olaraq, Gürcüstan hökuməti ilə İslandiya hökuməti arasında hava hərəkəti haqqında saziş imzalanmalıdır.

Milli Turizm Administrasiyasının verdiyi məlumata görə, İslandiyadan gələn turistlərin sayı bu ilin iki rübündə keçən ilin eyni dövrü ilə müqayisədə cəmi 3,5% artıb. O cümlədən, 2024-cü ilin I-II rübündə 207 İslandiya vətəndaşı Gürcüstana səfər edib, ötən ilin müvafiq hesabat dövründə isə 200 nəfər İslandiya vətəndaşı olub.

Ticarət əlaqələrinə gəlincə, bu ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə İslandiyadan Gürcüstana idxal 70% artıb. Milli Statistika Xidmətindən əldə olunan məlumata görə, 2027-ci ilin 7 ayında ölkədən 2,869 milyon ABŞ dolları, 2023-cü ilin eyni dövründə isə 1,684 milyon ABŞ dolları dəyərində məhsul idxal edilib.

Əlavə olaraq qeyd edək ki, bu ilin hesabat dövründə Gürcüstandan İslandiyaya ixrac aparılmayıb. Ötən ilin 7 ayında isə 8900 ABŞ dolları dəyərində cüzi məhsul satılıb.

Birbaşa xarici investisiyalara gəlincə, bu ilin yanvar-iyun aylarında İslandiyadan Gürcüstana 64,6 min ABŞ dolları sərmayə qoyulub.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bu ölkədə dəvələr üçün işıqforlar quraşdırılıb
Öncəki yazı
Türk dünyasının birgə əlifbası yaradılır-Tarixə qayıdış