This is a specific ad

Bu ölkədə uşaqlara sosial media qadağan edilir

279

Another advertisement

Avstraliyanın cənubunda 14 yaşdan kiçik şəxslərə sosial medianın qadağan edilməsi məsələsi təklif olunub.

QafqazTürk Media dünya mətbuatına istinadən xəbər verir ki, ölkənin Ali Məhkəmənin keçmiş hakimi Robert Frans kiçik yaşlı uşaqların sosial mediadan istifadəsi ilə bağlı hüquqi problemləri araşdıran hesabat hazırlayıb.

Baş nazir Malinauskas açıqlamasında bu hesabata daxil edilən qanun layihəsinə əsasən, 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməli olduğunu bildirib.

Sosial medianın insanların psixi sağlamlığına dağıdıcı təsirləri olduğunu deyən baş nazir bütün ştatları bu hesabatı qəbul etməyə çağırıb.

Qanun layihəsində 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi və uşaqların bu platformalarda profil açdıqları təqdirdə şirkətlərin cərimələnməsi daxildir.

Kateqoriya: Dünya
Sonrakı yazı
İldırım vurması nəticəsində 7 nəfər öldü
Öncəki yazı
Ermənistan sülh sazişinin tam razılaşdırılmış layihəsini Azərbaycana təqdim edib