• 22 Fevral 2025 18:01

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Bu ölkədə son 48 saat ərzində 10-dan çox zəlzələ baş verib-Məktəblər bağlanıb

ByTürkan Şahverdova

Fev 3, 2025
Another advertisement

Egey dənizindəki Santorini adasında güclü seysmik aktivliyin davam etməsi adadakı məktəblərin bağlanmasına səbəb olub. Mütəxəssislər regionda daha da güclü afterşokların ola biləcəyini istisna etmirlər.

QafqazTürk Media xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

Santorini və Amorqos adaları arasında 4,5 bal gücündə zəlzələ qeydə alınıb, episentri Santorinidən 36 kilometr şimal-şərqdə, 2 kilometr dərinlikdə olub.

Bundan əvvəl 4,1 bal gücündə zəlzələ qeydə alınıb, episentri Santorinidən 28 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Daha bir zəlzələ Santorini və Amorqos arasındakı dəniz zonasında 4,1 bal gücündə qeydə alınıb.

KİV-in məlumatına görə, son 48 saat ərzində bölgədə 10-dan çox zəlzələ baş verib. Mütəxəssislər zəlzələlərin vulkanik olmadığını izah etsə də, davam edən fəaliyyət daha güclü zəlzələnin baş verə biləcəyini göstərir.