This is a specific ad

Bu ölkədə polisə hücum edən Gürcüstan vətəndaşı yaxalanıb

258

Another advertisement

Yunanıstanda Gürcüstan vətəndaşı polisə hücum edərək onu dişləyib.

Yunanıstanda 30 yaşlı Gürcüstan vətəndaşı polisə hücum edərək onun ayağını dişləyib.

QafqazTürk Media xəbər verir ki, insident hava limanında baş verib.

Yunanıstanda “Makedoniya” hava limanında polislərə hücum edərək onlardan birinin ayağını dişləyən Gürcüstan vətəndaşı həbs edilib.

Məhkəmənin hökmü ilə Gürcüstan vətəndaşı 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

KİV-in məlumatına görə, kişi xəsarət yetirmək, müqavimət göstərmək və polisə tabe olmamaqda təqsirli bilinib. Bundan başqa, Yunanıstanda qanunsuz qaldığı üçün onun barəsində deportasiya ilə bağlı inzibati iş başlanıb.

İttihama görə, hadisə ötən çərşənbə axşamı baş verib. Polisin verdiyi məlumata görə, 30 yaşlı Gürcüstan vətəndaşı ölkəsinə qayıtmaq üçün “Makedoniya” hava limanına gəlib, orada onun Yunanıstanda qeyri-qanuni yaşadığı müəyyən edilib, bundan sonra polis onu həbs etməyə cəhd edib. Kişi aqressivləşib və polislə qarşıdurma olub.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti ölkəmizə səfər edəcək
Öncəki yazı
Baş nazir İrakli Kobaxidze BMT Baş Assambleyasında bu tarixdə çıxış edəcək