This is a specific ad

Bu ölkədə itlərə maşın sürmək öyrədilir…

312

Another advertisement

Yeni Zelandiyada itlərə maşın sürmək öyrədilir. Maraqlanan sahiblər dördayaqlı dostlarını itlər üçün hazırlanmış xüsusi məktəbə yazdıra bilərlər. Sürücülük məktəbindən verilən məlumata görə, bir itin sürücülük qabiliyyətinə yiyələnməsi üçün təxminən 8 həftə təlim lazımdır.

Mərkəzin artıq 3 müştərisi var. İtlər – Mont, Porter və Gen avtomobilin mühərrikini işə salıb, sükana tabe olub sürəti artıra bilirlər. Hər şey elə qurulmuşdur ki, onların pəncələri mümkün qədər müxtəlif funksiyalara bərkidilir. Mərkəzin nümayəndələri deyirlər ki, onların növbəti məqsədləri itlərə verilə bilən xüsusi sürücülük vəsiqəsi hazırlamaqdır.

İdeyanın təşəbbüskarı Yeni Zelandiyada fəaliyyət göstərən heyvanların müdafiəsi qrupudur. İlk növbədə, bu yolla itin nə qədər ağıllı olduğunu və deməli, heyvanlara qarşı amansızlıqla hansı psixoloji ziyanın ola biləcəyini ictimaiyyətə göstərmək istəyirlər.

Təşkilat birinci mərhələdə yalnız sahibsiz itlərə maşın sürməyi öyrədir ki, layihənin köməyi ilə onlar öz varlıqlarını cəmiyyətə çatdıra bilsinlər. İlk üç dördayaqlı dost üçün artıq sığınmağa hazır bir ailə tapılıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Son bir ildə emissiya normalarına əməl edilməməsi ilə bağlı 7193 qayda pozuntusu aşkar edilib
Öncəki yazı
Yaş yarımlıq körpənin ölümündə valideynlər həkimləri günahlandırırlar