This is a specific ad

Bu ölkədə intizam qaydalarına riayət etməyən şagirdlər sinifdən-sinfə keçirilməyəcək

304

Another advertisement

İtaliyada ümumtəhsil müəssisələrində şagirdlərə davranış balı sistemi tətbiq ediləcək.

QafqazTürk Media xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni yeni qanunun məktəblərə hörməti geri qaytaracağını bildirib.

Qanuna əsasən,  məktəb və liseylərdə şagirdlərin davranışı 10 ballıq sistem üzrə qiymətləndiriləcək. Nəticədə, beş və daha az bal toplayan şagirdlər akademik göstəriciləri qənaətbəxş olsa belə, nizam-intizam qaydalarına riayət etmədikləri üçün sinifdən-sinfə keçirilməyəcəklər.

İtaliyada son dövrlərdə orta məktəblərdə müəllimlərə qarşı aqressiya artmaqdadır. Yeni qaydalar məktəblərə şagirdləri yalnız davranışlarına görə qiymətləndirmək səlahiyyəti verir, həmçinin müəllimlərə qarşı artan aqressiya ilə mübarizə aparmaq məqsədi daşıyır.

Məlumat üçün bildirək ki, oxşar qaydaları ilk dəfə Benito Mussolininin faşist hökuməti 1924-cü ildə tətbiq edib.

Kateqoriya: Dünya, Təhsil
Sonrakı yazı
Mütəxəssislər xərçəngin ilkin əlamətlərini açıqlayıblar
Öncəki yazı
Türkiyədə iki mindən çox qaçaq silah ələ keçirilib