This is a specific ad

Bu ölkədə hökumət cihazlarında TikTok istifadəsi qadağan edilir

91

Another advertisement

Avstraliya hökumət cihazlarında TikTok istifadəsini qadağan edir.

QafqazTürk xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən Avstraliya tətbiqin məxfiliyi və təhlükəsizliyi ilə əlaqədar artan narahatlıqlar fonunda TikTok tətbiqini bəzi dövlət cihazlarında qadağan edən Qərb ölkələrinin siyahısına qoşulub.

Baş prokuror Mark Dreyfus kəşfiyyat və təhlükəsizlik orqanlarından məsləhət aldıqdan sonra qadağanı elan edib və göstərişin “mümkün qədər tez” həyata keçiriləcəyini bildirib.

Avstraliyadan əvvəl oxşar məhdudiyyətlər ABŞ, Böyük Britaniya, Kanada, Yeni Zellandiya və digər ölkələrdə də qüvvəyə minib.

Bundan əlavə, Norveç və Avropa Parlamenti artıq oxşar addımlar atıb. Ötən həftə Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) da proqramın cihazlara endirilməsini qadağan edib.

TikTok-un Avstraliya və Yeni Zelandiya üzrə baş meneceri Lee Hunter, şirkətin bu qərardan çox məyus olduğunu və bunu siyasi motivli adlandırdığını söylədi.

“Milyonlarla avstraliyalı istehlakçımız faktlara əsaslanaraq qərarlar qəbul edən və mənşəyindən asılı olmayaraq bütün müəssisələrə ədalətli yanaşan bir hökumətə layiqdirlər”- deyə Hunter bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Səudiyyə Ərəbistanı klubundan Messiyə astronomik təklif
Öncəki yazı
Vahid Milli İmtahanlarda 45 mindən çox abituriyent qeydiyyatdan keçib