This is a specific ad

Bu ölkədə hava çirkliliyi təhlükəli səviyyədədir

246

Another advertisement

Bosniya və Herseqovinanın bir çox şəhərində hava çirkliliyi həssas əhali qrupları üçün təhlükəli səviyyəyə yüksəlib.

QafqazTürk Media xəbər verir ki, Banya Lukada havanın keyfiyyət indeksinin 185, Tuzlada 165, paytaxt Sarayevoda və Travnikdə 160, Zenitsada isə 159 olduğu açıqlanıb. Bu şəhərlər havanın keyfiyyət indeksinə görə qeyri-sağlam olaraq təsnif edilib.

Hava çirkliliyi ilə əlaqədar ürək və tənəffüs orqanlarının xəstəlikləri olan insanlara vacib olmadığı təqdirdə evdən bayıra çıxmamaq tövsiyə olunub.

Mütəxəssisləri hava çirkliliyinə səbəb olaraq sənaye obyektləri, nəqliyyat, tullantıların yandırılması və fərdi istilik sistemlərini göstərir.

Kateqoriya: Dünya, Sağlamlıq
Sonrakı yazı
Müxalifət partiyaları Qəhrəmanlar Meydanında aksiya keçiriblər
Öncəki yazı
Zelenski ilə Tramp arasında dialoq artıq təşkil olunub: Görüşə hazırlıq başlayacaq