This is a specific ad

Bu ölkədə fillərin məhvi üçün göstəriş verildi

180

Another advertisement

Zimbabve höküməti qida qıtlığına səbəb olan görünməmiş quraqlıq səbəbindən 200 filin məhv ediləcəyini bildirib. Bu addım sürətlə artan heyvan populyasiyası problemini həll etməyə kömək edəcək.

QafqazTürk Media xəbər verir ki, Zimbabvenin ətraf mühit naziri Sithembiso Nyoni parlamentdə fillərin sayının həddindən artıq çox olduğunu bildirərək, hökumətin Parklar və Vəhşi Təbiət Departamentinə heyvanların məhv edilməsi prosesinə başlamaq üçün göstəriş verdiyini bildirib.

Verilən məlumata əsasən, iki yüz filin məhv edilməsi bu heyvanların insanlarla qarşılaşdığı ərazilərdə, o cümlədən Zimbabvenin ən böyük təbiət qoruğunun yerləşdiyi Hvanqda həyata keçiriləcək.

Qeyd edək ki, Zimbabvedə təxminən 100.000 fil populyasiyası var. Ölkə bu göstəriciyə görə Botsvanadan sonra dünyada ikinci yerdədir.

Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, Zimbabvelilərin təxminən 42 faizi yoxsulluq içində yaşayır və bu ölkənin rəsmiləri ərzaq qıtlığının artacağı noyabr-mart aylarında təxminən 6 milyon insanın humanitar yardıma ehtiyac duyacağını bildirirlər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ürək sağlamlığı üçün ən yaxşı balıq: Kardioloqlar tövsiyyə edir
Öncəki yazı
Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub