This is a specific ad

Bu ölkədə elektron siqaret qadağan edildi

253

Another advertisement

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəyə elektron siqaretlərin idxalına, satışına və çəkilməsinə qadağa qoyulacaq qanunu imzalayıb.

QafqazTürk Media bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək. Qanunda müəyyən edilmiş tələblərin pozulmasına görə məsuliyyət də nəzərdə tutulur. Qanuna görə, elektron siqaret çəkməyə görə fiziki şəxslər üçün 10 min som cərimə nəzərdə tutulur.

Qanun elektron siqaretlərin qanunsuz idxalına görə cərimələri də nəzərdə tutur. Beləliklə, qadağanı pozanları islah işləri və ya 100-120 min som məbləğində cərimə gözləyir.

Sonrakı yazı
Saqqız çeynəməyin faydaları və zərərləri
Öncəki yazı
Son Dəqiqə! Paytaxtda genişmiqyaslı etiraz aksiyası elan edildi