This is a specific ad

Bu ölkəTürkiyənin BRİCS-ə daxil olmasını əngəlləyib

244

Another advertisement

Hindistan Türkiyənin “BRİCS”-ə daxil olmasını əngəlləyib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

ABŞ-ın Karneqi Fondunun Türkiyə xarici siyasəti üzrə eksperti Sinan Ülgen deyir ki, səsvermə belə olmayıb. Analitikin fikrincə, Hindistanın Türkiyəni əngəlləməsinin səbəbi bu ölkənin Pakistanla yaxşı münasibətləridir.

“Bild”in verd məlumata görə, “BRİCS”ə üzvlük üçün təşkilata üzv ölkələrin yekdilliyi tələb olunur. Sinan Ülgenin sözlərinə görə, yaxın gələcəkdə genişlənmə olmayacaq, çünki növbəti genişlənmə dalğasına müqavimət göstərən bir neçə ölkə var.

Ülgen iddia edir ki, Türkiyə prezidenti bir neçə səbəbdən BRİCS-ə qoşulmaq istəyir. Birincisi, bu platformanın köməyi ilə “strateji muxtariyyət”in gücləndirilməsi, eləcə də Aİ-yə üzvlük perspektivindən ümidsizlikdir. Sinan Ülgenin fikrincə, siyasi prestij Ərdoğanın motivasiyasıdır, çünki Türkiyə prezidenti eyni zamanda NATO və BRİCS masasına otura biləcəyini göstərmək istəyir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ölkədə un idxalında artım müşahidə olunur
Öncəki yazı
Seçki günü seçki məntəqələri bu saat aralığında fəaliyyət göstərəcək