Another advertisement
İran Rusiyaya “bir neçə yüz” qısa mənzilli ballistik raket verib.
QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, silahlar artıq Rusiyaya çatıb. Həmçinin, qeyd olunur ki, Tehran Moskvaya mərmi tədarükünü davam etdirmək niyyətindədir.
“İran Rusiyaya qısa mənzilli ballistik raketlər göndərərək, Moskvaya Ukraynaya qarşı müharibəsində istifadə etmək üçün daha bir güclü hərbi alət verib. Bu addım Qərbin Moskvaya bu silahları verməməsi ilə bağlı sərt xəbərdarlıqlarından sonra atılıb”, – deyə məlumatda qeyd olunub.