• 13 Mart 2025 20:52

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Bu ölkə Rusiya vətəndaşlarının ölkədə daşınmaz əmlak almasını məhdudlaşdırmağı planlaşdırır

ByTürkan Şahverdova

Fev 7, 2025
Another advertisement

“Finlandiya hökuməti aqressiv müharibə aparan və ya milli təhlükəsizliyə təhdid yaradan ölkələrin vətəndaşlarının ölkədə daşınmaz əmlak almasını qadağan edən qanun layihəsini baxılmaq üçün təqdim edib”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Deutsche Welle xəbər verir.

“Təşəbbüs Rusiya vətəndaşlarının ölkədə daşınmaz əmlak almaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır”, – Finlandiyanın müdafiə naziri Antti Haakonen bildirib.

Onun sözlərinə görə, Rusiya hələ də Avropada təhlükəsizliyə təhdid yaradır və onun vətəndaşları tərəfindən alınan daşınmaz əmlak “düşmən təsirini həyata keçirmək” üçün istifadə edilə bilər.

Yerli media Finlandiyada rusların iştirak etdiyi daşınmaz əmlak sövdələşmələrinin uzun müddətdir mübahisə doğurduğunu bildirir. Ötən il ölkənin Müdafiə Nazirliyi alıcıların Rusiya ilə əlaqələrini əsas gətirərək bir neçə belə sövdələşmənin qarşısını almışdı. Artıq milli təhlükəsizlik zəminində ruslara satılan daşınmaz əmlakın müsadirə edilməsi imkanları hazırda nəzərdən keçirilir.